İdman
Əfsanəvi futbolçudan çağırış: “Braziliyaya gəlməyin”
Əfsanəvi futbolçu Rivaldo 2016-cı il Rio Olimpiadası vaxtı turistləri Braziliyaya gəlməməyə çağırıb.
Publika.az xəbər verir ki, sabiq futbolçu bu barədə şəxsi “Instagram” səhifəsində yazıb. Rio-de-Janeyroda 17 yaşlı qızın qətlə yetirilməsi "sambaçı"nı bunları yazmağa vadar edib:
“Olimpiadaya gəlməyə hazırlaşan hər kəsə evdə qalmağı tövsiyə edirəm. Həyatınızı təhlükə qarşısına qoymuş olacaqsınız. Xəstəxanaların vəziyyəti və siyasi qarışıqlıq barədə danışmağa dəyməz. Braziliyada vəziyyət gündən-günə pisləşir. Yalnız Tanrı Braziliyada vəziyyəti dəyişə bilər".
Rivaldo 2002-ci ildə Braziliya millisinin heyətində dünya çempionu olub. Milli komandada 74 oyun keçirən sabiq hücumçu 34 qol vurub. Hazırda o, “Moji=-Mirin” klubunun həm prezidenti, həm də oyunçusudur.
Yay Olimpiya Oyunları avqustun 5-21-də Rioda keçiriləcək.
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR