“Xəzər Lənkəran” Ağadadaşa tapşırıldı
Bizi izləyin

İdman

“Xəzər Lənkəran” Ağadadaşa tapşırıldı

Premyer Liqanın 33-cü turu çərçivəsində keçirilmiş "Xəzər Lənkəran" - "Kəpəz" (0:3) matçından sonra komandanın baş məşqçisi Elbrus Məmmədov klub rəhbərliyinə istefa ərizəsini təqdim edib.

Publika.az xəbər verir ki, E.Məmmədovun ərizəsi klub tərəfindən qəbul edilib.

Qeyd edək ki, E.Məmmədov 2012-ci ildə "Xəzər Lənkəran"ın əvəzedici heyətinin baş məşqçisi təyin olunmuşdu. Gənc futbolçularla güclü komanda yaratmağı bacarmış və klubun bir çox yetirməsinin əsas komandaya qədər yüksəlməsində pay sahibi olmuş E.Məmmədov 2015-ci ilin yanvar-may aylarında, həmçinin 2016-cı ilin yanvar ayından bugünədək əsas komandanın baş məşqçisi qismində çalışıb.

Qeyd edək ki, əsas komandanın baş məşqçisi funksiyasını mövsümün sonuna qədər əvəzedici heyətin baş məşqçisi Ağadadaş Həmidov yerinə yetirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm