Mourinyo vergidə ilişdi - 2 milyon avro
Bizi izləyin

İdman

Mourinyo vergidə ilişdi - 2 milyon avro

Məşhur portuqaliyalı mütəxəssis Joze Mourinyo İspaniyanın vergi qanunvericiliyini pozduğu üçün 2 milyon avro cərimə olunub.

Publika.az xəbər verir ki, bu barədə Portuqaliyanın “A Bola” nəşri məlumat yayıb. 53 yaşlı çalışdırıcı 2010-2013-cü illərdə “Real”da baş məşqçi işləyərkən qanun pozuntusuna yol verdiyi üçün məsuliyyətə cəlb olunub. Əvvəlcə cərimənin məbləği 1 milyon avro idi. Təkrar komissiya bu məbləği 2 dəfə artırıb.

Bu qərara etiraz etməyən Mourinyo isə kəsilən cəzayla razılaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm