FİFA-nın baş katibi postuna ilk dəfə olaraq qadın seçilib
Bizi izləyin

İdman

FİFA-nın baş katibi postuna ilk dəfə olaraq qadın seçilib

FİFA-nın 66-cı konqresində tarixi qərar qəbul edilib. Apasport.az saytının məlumatına görə, toplantıda qurumun baş katibi ilk dəfə olaraq qadın seçilib.

Seneqal Futbol Federasiyasını təmsil edən Fatma Samba Diuf Samur ali futbol qurumunun ilk qadın baş katibi olacaq.

FİFA prezidenti Canno İnfantino bu seçimi mütərəqqi addım kimi dəyərləndirib: “Biz gender bərabərliyi baxımından əla qərar verdik. Üstəlik bu xanım keçmişin yox, gələcəyin təmsilçisidir. Düşünürəm ki, çox mütərəqqi seçim və təyinat oldu”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm