Çempionatda biabırçılıq: Hakimlər meydana sərxoş çıxdı - VİDEO
Bizi izləyin

İdman

Çempionatda biabırçılıq: Hakimlər meydana sərxoş çıxdı - VİDEO

Çexiya çempionatında keçirilən "Prşibram" - "Slaviya" oyununda biabırçı hadisə baş verib.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, köməkçi hakim İrji Yex və dördüncü hakim Marek Pilni oyunu idarə edərkən sərxoş olub. Hətta Marek Pilni maç zamanı müvazinətini saxlaya bilməyərək yıxılıb.

İnternet saytlarında bunun görüntüləri də yayılıb. Çexiya Futbol Federasiyası hər iki referini qeyri-müəyyən vaxtadək kənarlaşdırıb. Onlara hətta ömürlük qadağa da qoyula bilər.

Görüş 3:1 hesabı ilə "Slaviya"nın xeyrinə qurtarıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm