Ayrılarkən göz yaşlarını saxlaya bilmədi - Darıxacam - FOTO
Bizi izləyin

İdman

Ayrılarkən göz yaşlarını saxlaya bilmədi - Darıxacam - FOTO

Zlatan İbrahimoviç PSJ-də keçirdiyi sonuncu oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Publika.az xəbər verir ki, isveçli hücumçu artıq karyerasını hansı klubda davam etdirəcəyini dəqiqləşdirdiyini bildirib. Ancaq o, bu komandanın adını çəkmək istəməyib:

“Artıq karyeramı hansı klubda davam etdirəcəyimi bilirəm. Ancaq bu gün o komandanın adını deməyəcəm. PSJ karyeram ərzində çıxış etdiyim ən möhtəşəm komandadır. Bu klubdan sarı darıxacam.

Biz ilk gündən bilirdik ki, bu layihədə nə istəyirik. İndi nəticələrdən razıyıq. Ümid edirəm ki, PSJ uğurlu çıxışını davam etdirəcək. Mən PSJ-yə görə çox sakitəm. Adətən ağlamıram. Ancaq övladlarımın gözündə yaş görəndə, mən də ağladım. Hər şeyə görə sağ ol, fransız xalqı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm