Terror təhlükəsi İngiltərədə!
Bizi izləyin

İdman

Terror təhlükəsi İngiltərədə!

Futbol üzrə İngiltərə Premyer Liqasında 38-ci turun "Mançester Yunayted" - "Bornmut" oyunu terror təhlükəsi üzündən təxirə salınıb.

Publika.az xəbər verir ki, oyun başlamamışdan əvvəl tribunadan təxliyyə olunanlar arasında azərbaycanlı azarkeşlər də olub. Bu barədə həmin fanatlardan biri BBC-yə açıqlamasında bildirib:

"Biz Azərbaycandan gəlmişik. 8 saatlıq uçuşdan sonra Mançesterə çatmışıq. Ümid edirik ki, oyun yenidən təxirə salınmayacaq".

Qeyd edək ki, mayın 15-də keçirilməli olan oyun "Old Trafford" stadionunda şübhəli zərf tapılması səbəbindən təxirə salınıb. Dərhal tribunalardan ikisi boşaldılıb. Oyun isə 17 may Bakı vaxtı ilə saat 23:00-a təxirə salınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm