“Beşiktaş” Türkiyə çempionudur
Bizi izləyin

İdman

“Beşiktaş” Türkiyə çempionudur

Türkiyə Super Liqasında 2015/16 mövsümünün qalibi "Beşiktaş" olub.

Publika.az xəbər verir ki, "Qara qartallar" 33-cü turda "Osmanlıspor"u 3:1 hesabı ilə yenərək, sona 1 tur qalmış çempionluğu elan edib.

Bu qələbə ilə xallarını 79-a yüksəldən Şenol Günəşin komandası ən yaxın izləyicisi "Fənərbağça"nı 6 xal geridə qoyub. Bu, "Beşiktaş"ın tarixində 14-cü çempionluğu olub. Sonuncu dəfə "Ağ-qaralar" 2009/10 mövsümünü qızıl medalla başa vurub. Lakin Günəş baş məşqçi karyerasında ilk dəfə çempionluq sevinci yaşayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm