BİABIRÇILIQ: Millimiz pulsuzluğa görə Avropa çempionatına getmir
Bizi izləyin

İdman

BİABIRÇILIQ: Millimiz pulsuzluğa görə Avropa çempionatına getmir

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə qatılmayacaq.

Publika.az xəbər verir ki, buna səbəb yığmamızın komanda halında yarışdan imtina etməsidir.

Belə ki, son 6 ayda pul üzünə həsrət qalan voleybolçu və çalışdırıcılar Tiflisdə baş tutacaq seçmə görüşlərə getməkdə maraqlı deyil.

Vitamin, qida və nəqliyyat problemləri yaşayan komanda üzvlərinin meydana çıxması üçün heç formaları da yoxdur.

Mayın 19-da baş tutacaq seçmə mərhələnin oyunlarına yollanmaq üçün hələlik bilet belə alınmayıb.

Məlumatı yığmamızın baş məşqçisi Fərid Cəlalov da təsdiqləyib. O bildirib ki, komandanın durumu ürəkaçan deyil və millinin gələcək taleyi sual altındadır.

Qeyd edək ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində Gürcüstan, İsveç və İsveçrə ilə yanaşı, I qrupda yer alıb. (apasport.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm