Reytinq açıqlandı - Kim hardadır?
Bizi izləyin

İdman

Reytinq açıqlandı - Kim hardadır?

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, Qazaxıstanın Almatı şəhərində keçirilən qran-prinin yekununa əsasən hazırlanan siyahıda millimizin beş üzvü irəliləyib.

Sözügedən yarışın qalibi olan Elxan Məmmədov (100 kq) yenidən "20-liy"ə qayıdıb. Məmmədov 17-ci yerə yüksəlib.

Finalda məğlub olan Uşanqi Kokauri (+100 kq), qran-prini 3-cü pillədə başa vuran Məmmədəli Mehdiyev (90 kq), öz çəkilərində liderlərdən olan Tərlan Kərimovla (66 kq) Aişə Qurbanlı (48 kq) da irəliləyib. Onlar müvafiq olaraq 26-cı (+5), 24-cü (+2), 35-ci (+7) və 41-ci (+4) yerə yüksəliblər.

Elmar Qasımovun (100 kq) 1-ci pillədəki mövqeyi dəyişməz qalıb.

İlqar Müşkiyev (60 kq) isə yenə də 14-cüdür.

Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq) və Abdulhaqq Rəsullu (81 kq) geriləyiblər. Onlar müvafiq olaraq 6-cı, 12-ci, 2-ci və 62-ci yerə eniblər.

Cüdo idman növündə olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm