Arxadan vurulan zərbə - İNGİLTƏRƏDƏ
Bizi izləyin

İdman

Arxadan vurulan zərbə - İNGİLTƏRƏDƏ

"Arsenal" klubunun qapıçısı Petr Çex karyerasında 4-cü dəfə futbol üzrə İngiltərə Premyer Liqasında "qızıl əlcəy"ə sahib çıxıb.

Publika.az xəbər verir ki, 34 yaşlı qapıçı cari mövsümü 16 "quru oyun"la bitirib. 34 oyunda 31 qol buraxıb.

Bu nəticə ilə o, "Mançester Yunayted"in qapıçısı David De Xeanı bir oyun qabaqlayıb. Əlavə edək ki, Smollinqin "Bornmut"la qarşılaşmanın 93-cü dəqiqəsində vurduğu avtoqol olmasaydı, "qızıl əlcək" De Xeaya çatacaqdı.

Petr Çex bundan əvvəl "Çelsi"nin heyətində 3 dəfə (2005, 2010 və 2014) "qızıl əlcək" qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm