PFL prezidenti: “Aramızda arvadağız kişilər var”
Bizi izləyin

İdman

PFL prezidenti: “Aramızda arvadağız kişilər var”

Azərbaycan Premyer Liqasında 2015/16 mövsümünün bitməsinə 1 tur qalıb. Artıq bir çox məsələlərə aydınlıq gəlib. Ancaq Premyer Liqaya hansı klubun gələcəyi sualı hələ də açıq qalır.

Publika.az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Report-a müsahibəsində “Neftçala”nın elitaya vəsiqə qazanmasıyla bağlı məsələyə də toxunub. Qurumun rəhbəri onun adından söz-söhbət yayanları də sərt tənqid edib:

“Futbol kişi oyunudur. Əfsuslar olsun aramızda arvadağız kişilər də var. Mənim adımdan "Bu il Premyer Liqaya "Zaqatala" və "Turan Tovuz" gələcək" söz-söhbətlərini yayırlar. Mən heç vaxt elə söz eşitməmişəm və deməmişəm. Neftçalada yaxınlaşdığım ilk şəxs mayor rütbəli polis zabiti olub. Onunla söhbət etdim. Bu ərəfədə klub rəhbərləri yaxınlaşdı. Dedilər ki, buyurun, kölgədə oturaq. Çay içdik, ümumi futboldan danışdıq. Futbol qurtardı, baxdıq ki, pıçıldaşma gedir. "Komanda mükafatlandırmaya çıxmır" dedilər. Səbəbini soruşdum, cavab verdilər ki, Ramin Musayevin adından "Neftçala" Premyer Liqada oynamayacaq" sözləri yayılıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm