Rusiya ŞOKDA: Olimpiadaya buraxılmaya bilər
Bizi izləyin

İdman

Rusiya ŞOKDA: Olimpiadaya buraxılmaya bilər

Rusiya Rio-de-Janeyroda keçiriləcək olimpiadadan uzaqlaşdırıla bilər.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax məlumat verib. Hazırda VADA rusiyalı idmançıların dopinq qəbul etməsiylə bağlı məsələni araşdırır. Bax bildirib ki, Rusiyanın olimpiadada iştirakı ilə bağlı məsələ VADA-nın hesabatından çox asılı olacaq:

“Rusiyalı idmançıların olimpiadada iştirakı VADA-nın apardığı araşdırmanın nəticəsindən asılı olacaq. İdmançıların dopinq qəbul etməsinin əvvəlcədən planlaşdırıldığı sübut edilsə, BOK ağır qərar qəbul etmək məcburiyyətində qalacaq. Biz kollektiv və ya fərdi cavadehliklə bağlı qərar qəbul etməli olacağıq”.

Ötən ilin noyabr ayında VADA Rusiyanı antidopinq qaydalarını pozmaqda ittiham edərək, rusiyalı atletlərin beynəlxalq yarışlardan, o cümlədən olimpiadadan uzaqlaşdırılmasını tələb etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm