“Milla”dan Bakı Marşal Klubuna dəstək - FOTO
Bizi izləyin

İdman

“Milla”dan Bakı Marşal Klubuna dəstək - FOTO

Azərbaycan Qida və Qablaşdırma Şirkətinin (AQQ) “Milla” brendi Azərbaycanda Formula 1 Avropa Qran Prisinin promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubuna (BMK) dəstək göstərəcəyini bəyan edib.

Publika.az xəbər verir ki, BŞH-nın Əməliyyatlar şöbəsinin və BMK-nun rəhbəri Çingiz Mehdiyev, BŞH-nın Kommersiya şöbəsinin başçısı Bülənt Özərdim və AQQ-nin baş meneceri Filip Raytın iştirakı ilə əməliyyat şirkətinin mərkəzi ofisində baş tutan görüşdə tərəflər qarşılıqlı əməkdaşlığın inkişafına dair razılığa gəldilər.

Tədbirdə çıxış edən BŞH rəsmisi Çingiz Mehdiyev əməkdaşlığa görə “Milla” brendi rəhbərliyinə öz təşəkkürünü bildirdi:

“Öz məhsulları ilə bu yay Bakıda baş tutacaq möhtəşəm yarışda əhəmiyyətli rol oynayan marşallar komandasına verdiyi dəstəyə görə Milla şirkətinə təşəkkürümüzü bildiririk. Ümid edirik ki, bu əməkdaşlıq yarışın yüksək əhval-ruhiyyədə keçməsinə öz töhfəsini verəcək”.

AQQ-nin baş meneceri Filip Rayt çıxışında bu əməkdaşlıqdan böyük qürur duyduğunu bildirdi:

“Bu il Bakı möhtəşəm yarışa ev sahibliyi edir. Belə bir əlamətdar məqamda məhsullarımızla yarışın marşallarına dəstək göstərmək fürsətinə sahib olduğumuz üçün olduqca şadıq”.

Qeyd edək ki, Azərbaycan Qida və Qablaşdırma Şirkəti 2011-ci ildən etibarən fəaliyyət göstərir. Şirkətin “Milla” brendi istehlakçılara lokal qaydada istehsal edilən yüksək keyfiyyətli süd məhsulları təklif edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm