Çempion məşqçiyə ən böyük mükafat
Bizi izləyin

İdman

Çempion məşqçiyə ən böyük mükafat

Bu il “Lester”i gözlənilmədən çempionluğa daşıyan Klaudio Ranyerinin əməyi vətənində də diqqətdən kənarda qalmayıb.

Publika.az xəbər verir ki, 64 yaşlı mütəxəssis “İtaliya dövlətinə xidmətlərinə görə” ordeniylə təltif edilib. Bu orden ölkənin ən nüfuzlu mükafatı sayılır.

“Qazzetta dello Sport”un məlumatına görə, İtaliya prezidenti Serco Mattarella artıq Ranyerinin mükafatlandırılması haqda əmri imzalayıb. Ancaq təqdimat mərasiminin nə vaxt olacağı açıqlanmır.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm