"Qarabağ" kubokuna qovuşdu - FOTO
Bizi izləyin

İdman

"Qarabağ" kubokuna qovuşdu - FOTO

Bu gün Premyer Liqanın sonuncu - 36-cı turunun oyunları keçirilib.

3-cü yer uğrunda mübarizə aparan "Kəpəz" və "Qəbələ" Gəncədə qarşılaşıblar. Azərkeşlər oyunda bir qol görüblər: 76-cı dəqiqədə qonaqların heyətində Aleksey Qay fərqlənib - 1:0. Bununla da "Qəbələ" ardıcıl 3-cü dəfə ölkə çempionatının bürünc medalını qazanıb.

3-cü yerə digər namizəd "İnter" isə çempionatın 2-cisi "Zirə"ni qəbul edib. Oyunun 69-cu dəqiqəsində Abbas Hüseynov "İnter"i önə keçirib. Matçda başqa qol qeydə alınmayıb - 1:0.

Autsayderlərin qarşılaşması da maraqla qarşılanıb. "Rəvan"ın qonağı olan "Xəzər Lənkəran"ın oyunçusu Bayram Budaqov hakimin start fitindən iki dəqiqə sonra fərqlənib. 66-cı dəqiqədə İbrahim Qədirzadə fərqi artırıb.

Lakin Bakı təmsilçisi geriyə dönüş edə bilib. Əvvəlcə 76-cı dəqiqədə Yasin Həmid fərqlənib, 6 dəqiqə sonra isə Ramazan Abbasov penalti zərbəsini dəqiq yerinə yetirməklə bərabərliyi təmin edib - 2:2. Beləliklə, cənub təmsilçisi turnir cədvəlində sonuncu yeri tutub.

Çempion "Qarabağ" AZAL-ı sınağa çəkib. Oyun Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Sumqayıt" - "Neftçi" oyununda isə paytaxt təmsilçisi məğlub olub - 2:1.

Bununla da Premyer Liqanın 2015/2016-cı il mövsümü başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm