2 qat olimpiya çempionu həbs edildi - FOTO
Bizi izləyin

İdman

2 qat olimpiya çempionu həbs edildi - FOTO

Avstraliya polisi ikiqat olimpiya çempionu Maykl Daymondu həbs edib.

Publika.az xəbər verir ki, onun həbs edilməsinə səbəb sərxoş halda avtomobil idarə etməsidir. Bu barədə Yeni Cənubi Uels ştatının Nelson-Bey şəhərinin polisi məlumat yayıb.

Məlumata görə, polis əməkdaşları Daymonddan alkoqol testindən keçməyi xahiş ediblər. Lakin idmançı bundan imtina edib. Bundan sonra polis əməkdaşları idmançının avtomobilinə baxış keçiriblər. Asayiş keşikçiləri maşından tüfəng və 150 parton tapıblar. Daymond polis bölməsinə aparılıb.

Məcburi alkoqol testindən keçən idmançıda alkoqolun normadan artıq istifadəsi aşkar edilib. İdmançı sərxoş halda avtomobil idarə etməkdə və silahı düzgün saxlamamaqda ittiham edilir.

Daymond iyunda məhkəmə qarşısına çıxarılacaq. O, sürücülük hüququndan və silah saxlama lisenziyasından məhrum edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm