Final öncəsi “Real”da Ronaldo şoku - FOTO
Bizi izləyin

İdman

Final öncəsi “Real”da Ronaldo şoku - FOTO

Çempionlar Liqasının final matçına sayılı günlər qalıb. Mayın 28-də hamının diqqəti Milana yönələcək. Möhtəşəm “San Siro”da Madridin iki təmsilçisi – “Real” və “Atletiko” Avropanın ən güclü klubunun adına aydınlıq gətirəcəklər.

Publika.az xəbər verir ki, “Real” azarkeşləri Çempionlar Liqasının final oyunu ərəfəsində iki vacib xəbər alıb. Bunlardan biri şad, biri isə bəd xəbərdir. Və hər ikisi də Kristiano Ronaldo ilə bağlıdır.

"Ok Diarro"nun yaydığı xəbərə görə, “Kral klubu”nun rəhbərliyi komandanın ulduzu ilə müqaviləni uazafacaq. Yeni anlaşma 2020-ci ilədək nəzərdə tutulub. Müqavilə şərtlərinə əsasən, portuqaliyalı hücumçu ildə 20 milyon avro qazanacaq. Sövdələşmənin Çempionlar Liqasının final oyunundan sonra imzalanacağı bildirilir. Onun Madrid təmsilçisi ilə hazırkı müqaviləsi isə 2018-ci ildə başa çatacaq. İndiki halda Ronaldo ildə 17 milyon avro qazanır.

Bəd xəbər isə ondan ibarətdir ki, 31 yaşlı hücumçu komandasının Çempionlar Liqasının finalı öncəsi məşqində zədələnib. O, komanda yoldaşları Daniel Karvahal və Fransisko Kasilya ilə toqquşub və məşqi yarımçıq tərk edib. İlkin ehtimallara görə, Ronaldonun final oyununu buraxacağı gözlənilir.

Mayın 28-də "San Siro" stadionunda keçiriləcək Çempionlar Liqasının final matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm