Başlamadan bitən “macəra” - Emil vətənə qayıdır
Bizi izləyin

İdman

Başlamadan bitən “macəra” - Emil vətənə qayıdır

Bundesliqada yerini qoruyan “Ayntraxt”ın 3 futbolçu ilə yolları ayıracağı bəlli olub.

Publika.az xəbər verir ki, göndəriləcək oyunçuların arasında Emil Balayev də var. Azərbaycanlı qapıçının frankfurtlulara lazım olmadığını klubun meneceri Bruno Hübner təsdiqləyib. Hübner bildirib ki, digər oyunçuların da taleyinə yaxın günlərdə aydınlıq gələcək:

“Niko Kovaç “Ayntraxt”a yeni nəfəs verdi, komandanı yüksək liqada saxlamağı bacardı. Mən bir məşqçi kimi ona güvənirəm. Artıq gələcəklə bağlı planlar qurmaq lazımdır. İlk qərar 3 futbolçu - Konstan Djakpa, Yannik Zummak və Emil Balayevlə bağlı qəbul edilib. Çox diqqətli olmalıyıq. Daha kimlərlə yolları ayırmağa, kimlərlə davam etməyə düşünüb qərar verməliyik”.

Emil Balayev 2014-cü ildə “Ayntraxt”a transfer edilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm