Mourinyo “Mançester Yunayted”də!
Bizi izləyin

İdman

Mourinyo “Mançester Yunayted”də!

Nəhayət ki, uzun müddətdir haqqında danışılan təyinat baş tutmaq üzrədir. "Mançester Yunayted"in Joze Mourinyoyla anlaşdığı məlum olub.

Publika.az xəbər verir ki, bu barədə məlumatı "Sky Sports" yayıb. İngilis həmkarlarımızın yazdığına görə, portuqaliyalı mütəxəssislə "Qırmızı şeytanlar" Londonda görüşərək müqavilə bağlayıblar. Maraqlıdır ki, Mourinyo MY-nin vitse-prezidenti Ed Vudvordla görüşə qırmızı-qara qalstukda gəlib. Müqavilənin 5 illik olduğu deyilir.

Joze Mourinyonun “Mançester Yunayted”in baş məşqçisi kimi sabah ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm