Millimiz Andorra ilə bacarmadı - FOTOLAR
Bizi izləyin

İdman

Millimiz Andorra ilə bacarmadı - FOTOLAR

Azərbaycan millisi 2016-cı ildə ikinci yoldaşlıq oyununu keçirib.

Publika.az xəbər verir ki, mayın 23-dən Avstriyada təlim-məşq toplanışında olan millimiz hazırlıq çərçivəsində üç yoxlama görüşü keçirəcək ki, onlardan birincisi dünən baş tutub. Robert Prosineçkinin başçılıq etdiyi komandamız Andorra millisiylə üz-üzə gəlib. Oyun qolsuz bərabərliklə nəticələnib.

Millimiz növbəti oyununu mayın 29-da keçirəcək. Rəqib Makedoniya yığması olacaq.

Yoxlama oyunu

26 may

20:00. Azərbaycan - Andorra 0:0

Azərbaycan: 12. Anar Nəzirov, 3. Məhəmməd Mirzəbəyov (4. Pavel Paşayev, 60), 15. Ruslan Abışov (k), 26. Adil Nağıyev, 16. Tərlan Quliyev (27. Vüqar Mustafayev, 46), 20. Ufuk Budak, 29. Budak Nəsirov, 25. Murad Səttarlı (24. Amil Yunanov, 46), 13. Dmitri Nazarov (19. Rəşad Eyyubov, 63), 10. Elvin Məmmədov, 18. Ağabala Ramazanov.

Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 23. Səlahət Ağayev.

Baş hakim: Harald Lexner

Avstriya, Bad Erlax.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm