Aziz Yıldırım məğlubiyyəti həzm etmədi və... - VİDEO
Bizi izləyin

İdman

Aziz Yıldırım məğlubiyyəti həzm etmədi və... - VİDEO

Türkiyə kubokunun finalında “Qalatasaray”a minimal hesabla (0:1) məğlub olan “Fənərbağça”nın prezidenti Əziz Yıldırım həmişəki kimi qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri növbəti dəfə “Sarı-qırmızılılar”ın bostanına daş ataraq, onları oyun alqı-satqısında ittiham edib.

Final oyunu zamanı tribunada “Qalatasaray”lı azarkeşlər tərəfindən təzyiqə məruz qalan Yıldırım əsəblərini qoruya bilməyib və insident həvəskar kamerayla lentə alınıb.

Publika.az həmin görüntünü təqdim edir:

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm