Kikboksçumuz Hollandiyada çətin sınaq qarşısında
Bizi izləyin

İdman

Kikboksçumuz Hollandiyada çətin sınaq qarşısında

Azərbaycanlı kikboksçu Xəyal Əhmədov (81 kq) mayın 28-də Hollandiyanın Eyndhoven şəhərində keçiriləcək K-1 versiyası üzrə beynəlxalq turnirdə iştirak edəcək.

15-ə yaxın ölkədən idmançıların iştirak edəcəyi beynəlxalq turnirin təşkilatçısı “A1 World Combat Cup”dır. İdmançımız polyak əsilli kikboksçu ilə döyüşə çıxacaq.

Bu barədə Publika.az-a danışan Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, peşəkar kikboksçu Xəyal Əhmədov onu çətin döyüşün gözlədiyini bildirdi:

“Bilirsiniz ki, həmin tarixdə ölkəmizdə 28 may Respublika günü qeyd ediləcək. Mənim üçün məsuliyyətli və çətin gündür. İnşallah, qələbə qazanıb xalqımızı sevindirərəm”.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm