“Xəzər Lənkəran”ın futbolçularının aqibəti necə olacaq?
Bizi izləyin

İdman

“Xəzər Lənkəran”ın futbolçularının aqibəti necə olacaq?

Fəaliyyətini dayandıran “Xəzər Lənkəran”ın futbolçularının gələcək taleyinə aydınlıq gəlib.

Publika.az xəbər verir ki, 2015/2016 mövsümündə “Ağ-yaşıllar”ın formasını geyinmiş oyunçulara azad agent statusu verilib. Ancaq bu qərar klubun yetirməsi olan 17 yaşadək oyunçulara şamil edilməyəcək.

Bu məlumatı “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu da təsdiqləyib: “Yaşı az olan yetirmələrimiz istisna olmaqla, əsas komandanın formasını geyinmiş hər bir oyunçu azad agent statusu daşıyacaq. Hər birinin transfer vərəqəsi özlərinə veriləcək, istədikləri komandaya keçə biləcəklər”.

Qeyd edək ki, “Xəzər Lənkəran” Futbol Klubunun fəxri prezidenti Mübariz Mənsimovun başçılığı ilə keçirilən iclasda “ağ-yaşıllar”ın əsas komanda olaraq Azərbaycan çempionatlarında iştirakını dayandırması qərara alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm