Bazar günü Bakıda uğultu olacaq
Bizi izləyin

İdman

Bazar günü Bakıda uğultu olacaq

Bu il Bakıda keçiriləcək ən möhtəşəm yarışa – 2016 Formula 1 Avropa Qran Prisinə çox az müddətin qaldığı bir ərəfədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu yarışın rəsmi elçilərindən biri olan Gülhüseyn Abdullayevin iştirakı ilə Bakı Şəhər Halqasını sınaqdan keçirəcək.

Publika.az xəbər verir ki, Azərbaycanın 19 yaşlı istedadlı Formula 3 pilotu Gülhüseyn Abdullayev bazar günü GP3 seriyasına aid yarış avtomobilində əyləşərək Bakı Şəhər Halqasını yüksək sürətlə 3 dövrə vuracaq.

Sınaq yürüşünə Azadlıq meydanında yerləşən Pit binasının qarşısında saat 10.00-da start veriləcək və yürüş eyni yerdə başa çatacaq. Gənc pilotumuz ən yeni Formula 1 trekindəki sürət nümayişindən sonra jurnalistlərin suallarını cavablandıracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm