FANTASTİK FİNAL: "Real" 11-ci dəfə Çempionlar Liqasının QALİBİ
Bizi izləyin

İdman

FANTASTİK FİNAL: "Real" 11-ci dəfə Çempionlar Liqasının QALİBİ

Çempionlar Liqasının 2015/16 mövsümünə yekun vurulub.

Publika.az-ın məlumatına görə, həlledici oyunda Madrid təmsilçiləri - "Real" və "Atletiko" üz-üzə gəlib.

Milanın "San Siro" stadionunda keçirilən final hər iki komanda üçün mövsümü titulla başa vurmaq üçün son olub. Belə ki, həm "Real", həm də "Atletiko" La Liqa və İspaniya kubokunda mövsümü titulsuz başa vurublar.

Bu, komandaların Çempionlar Liqasının finalında ilk dueli deyil. Belə ki, 2013/14 mövsümünün həlledici oyununda da Madrid klbları üz-üzə gəlmiş, əsas vaxtı 1:1 hesablı bərabərliklə nəticələnən oyunun əlavə vaxtında rəqib qapısına üç dəfə yol tapan "kral klubu" 10-cu dəfə Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırmışdı.

Hesabı 15-ci dəqiqədə "Real"ın müdafiəçisi Serxio Ramos açıb. 79-cu dəqiqədə isə Karrasko hesabı bərabərləşdirib. Əlavə olunan 30 dəqiqə də qalibi müəyyən etməyib.

Ardınca 11 metrlik penaltilər seriyası təyin edilib. İlk 3 zərbəni hər iki klubun oyunçuları dəqiq yerinə yetirib. Dördüncü zərbədə isə "Atletiko"nun oyunçusu Xuanfranın vurduöu top qapı dirəyindən geri dönüb. Bundan sonra Ronaldonun zərbəsi hər şeyi yerinə qoyub - 5:3.

Beləliklə, "Real" yeni terixi rekorda imza ataraq tarixində 11-ci dəfə Çempionlar Liqasının qalibi olub.

Komandalar bugünkü final matçına aşağıdakı start heyətində çıxıb:

"Real": Navas, Pepe, Ramos (k), Kroos, Marselo, Karvaxal , Modriç, Kasemiro, Beyl, Ronaldo, Benzema

Ehtiyat oyunçular: Kasilya, Naço, Xames Rodriqes, Vaskez, Xese, İsko, Danilo

"Atletiko": Oblak, Felipe Luis, Qodin, Koke, Qrizmann, Torres, Fernandes, Qabi (k), Saviç, Saul Niqes, Xuanfran

Ehtiyat oyunçular: Moya, Tiaqo, Korrea, Karrasko, Lukas Hernandes, Partey, Ximenes

Real (İspaniya) - Atletiko (İspaniya) 1:1

Qol: Serxio Ramos, 15 - Karrasko, 79.

Baş hakim: Mark Klattenburq (İngiltərə).
Yer: Milan. "San Siro" stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm