Rusiya futbolunun əfsanəsi erməniyə qarşı çıxdı
Bizi izləyin

İdman

Rusiya futbolunun əfsanəsi erməniyə qarşı çıxdı

Rusiya futbolunun əfsanəsi erməniyə qarşı çıxdı

Rusiya futbolunun əfsanəsi, “Spartak”ın keçmiş baş məşqçisi Oleq Romantsev “qırmızı-ağlar”ın erməni futbolçu Yura Movsisyanı transfer etməsini səhv addım hesab edir.

Publika.az xəbər verir ki, Romantsev bu transferin “Spartak”a heç bir xeyir vermədiyini bildirib: “Movsisyan gələndən sonra “Spartak”ın oyun fəlsəfəsi tamamilə itdi.

İndi müdafiəçilər və yarımmüdafiəçilər topu alan kimi Movsisyanı axtarırlar. Onlar kombinasiya qurmağa meylli olmurlar. Bu da “Spartak”ın oyun fəlsəfəsini pozur.

Komandanın liderdən aslı olması hər şeyi korlayır. Yaxşı olardı ki, lider komanda üçün oynasın.

Eyni problem “Zenit”də də Halkla yaşanır. Braziliyalı fərdi planda çox güclüdü. Ancaq nə komanda onunla, nə də o, komanda ilə dil tapa bilmir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm