AFFA bir oyundan 5 min manat qazandı
Bizi izləyin

İdman

AFFA bir oyundan 5 min manat qazandı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan kubokunun "Qarabağ" - "Neftçi" final matçının 120-ci dəqiqəsində "Qarabağ"ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.

Oyunun 120-ci dəqiqəsində "Neftçi"nin futbolçusu Erik Ramos kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

Oyunun 120+1-ci dəqiqəsində "Qarabağ"ın futbolçusu Reynaldo Silva kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün iki oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm