Alonso Bakı trasını təriflədi: “Unudulmaz şou olacaq”
Bizi izləyin

İdman

Alonso Bakı trasını təriflədi: “Unudulmaz şou olacaq”

"Düşünürəm ki, yarış tamaşaçıların xoşuna gələcək. Bu yarışda maşınlar dünyada ən sürətli trasda 340 km/saat sürət yığa biləcək. Bu unudulmaz şou olacaq".

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Formula 1 yarışlarının ikiqat dünya çempionu, Bakıdakı Avropa Qran-Prisinin səfiri Fernando Alonso deyib.

İspaniyalı pilot qeyd edib ki, Bakıdakı tras digərlərinə bənzəmir: "Burda ötmə əməliyyatı və digər hərəkətlərin icrası, eləcə də 340 km/saat sürətlə hərəkət etmək üçün imkanlar var. Digər şəhər traslarında bu imkanlar yoxdur. Onlar əsasən dardır, burada ötmə əməliyyatı etmək mümkün deyil".

Qeyd edək ki Bakıdakı Avropa Qran-Prisi iyunun 17-19-da keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm