Güləşçimiz erməniyə qalib gəldi, Avropa çempionu oldu
Bizi izləyin

İdman

Güləşçimiz erməniyə qalib gəldi, Avropa çempionu oldu

Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir.

Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir. Çempionatın dördüncü günündə 70 və 86 kq sərbəst, 63 və 75 kq qadın güləşçilər mübarizə apırıb. Azərbaycan güləşçiləri sərbəst güləş yarışlarında ölkəmizi təmsil edib.

70 kq çəki dərəcəsində mübarizə aparan Ruslan Dibirhacıyev 1/8 finalda Belarus təmsilçisi Anton Afanasyevi böyük hesabla yenib - 10:2. 1/4 finalda macar İstvan Gulyası 6:2 hesabı ilə məğlub edən təmsilçimiz yarımfinala çıxıb. Onun finala gedən yolda rəqibi türk Yakup Gör olub. Ruslan bu dəfə çətinlik də olsa (5:0), qələbə qazana bilib. Güləşçimiz finalda erməni Qriqor Qriqoryanla qarşılaşıb və 12:2 hesabı ilə qələbə qazanaraq Avropa çempionu olub.

1/8 final: Ruslan Dibirhacıyev - Anton Afanasyev (Belarus) 10:2

1/4 final: İstvan Gulyas (Macarıstan) - Ruslan Dibirhacıyev 2:6

1/2 final: Ruslan Dibirhacıyev - Yakup Gör (Türkiyə) 5:4

FİNAL: Qriqor Qriqoryan (Ermənistan) - Ruslan Dibirhacıyev 2:12

86 kq çəki dərəcəsində çıxış edən Həmzət Osmanov mübarizəyə 1/16 finaldan başlayıb və moldovalı Peter Yanulovla qarşılaşıb. 4:4 hesabı ilə başa çatan görüşdə təmsilçimiz mərhələ adlayıb. Onun 1/8 finaldakı rəqibi türk Fırat Binici olacaq. Onun 1/8 finaldakı rəqibi türk Fırat Binici olub. Həmzət bu dəfə 10:0 hesablı qələbə qazanaraq 1/4 finala çıxıb. Təmsilçimiz bu dəfə macar İstvan Verebə 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

1/16 final: Peter Yanulov (Moldova) - Həmzət Osmanov 4:4*

1/8 final: Fırat Binici (Türkiyə) - Həmzət Osmanov 0:10

1/4 final: İstvan Vereb (Macarıstan) - Həmzət Osmanov 4:1

Qeyd edək ki, yarışın ilk üç günündə Azərbaycan 2 qızıl, 3 gümüş medal qazanıb. Sərbəst güləşçimiz Hacı Əliyevlə (61 kq) qadın güləşçisi Mariya Stadnik (48 kq) yarışın qalibi olub. Cəbrayıl Həsənov (74 kq) və Xetaq Qazyumov (97 kq) sərbəst, İrina Netreba (58 kq) isə qadın güləşçilərin yarışında gümüş medala sahib çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm