• USD 1,7000 0,00% EUR 2,0067 +0,22%
    • GBP 2,3508 +0,58% RUB 0,0231 +0,43%

Rio-2016-ya lisenziya qazanan idmançılarımızın SİYAHISI

  • İdman
  • 2 İyun 2016 15:00
  • 1 540 Baxış
Rio-2016-ya lisenziya qazanan idmançılarımızın SİYAHISI

Azərbaycan idmançıları 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında rekord sayda idman növü və idmançı ilə təmsil olunacaqlar.

Publika.az xəbər verir ki, indiyədək başa çatmış lisenziya yarışları nəticəsində vəsiqələrin sayı "London-2012"-dəki göstəricini keçib.

Olimpiadanın rəsmi saytına əsasən, Rio-de-Janeyroda 10 000-dək idmançı 39 yarış növü üzrə 301 dəst medal uğrunda mübarizə aparacaq. Bu günədək Azərbaycanın 55 idmançısı 18 növdə lisenziyanı təmin edib. Onlar artıq 57 medal qazanma şansı əldə ediblər.

2012-ci il London Yay Olimpiya Oyunlarına 15 növ üzrə 53 idmançı 52 lisenziya qazanmışdı.

Amma lisenziya sayında artım və ya azalma baş verə bilər. İş ondadır ki, lisenziya yarışları hələ yekunlaşmayıb. Bu ay Bakıda boks üzrə dünya təsnifat turniri keçiriləcək. Boksla yanaşı, atletika, üzgüçülük kimi növlərdə də lisenziya artımı gözlənilir. Azalma isə ağırlıqqaldıranlara dopinq-testdən keçə bilməmələri səbəbindən cəzanın verilmə ehtimalı üzündən baş verə bilər.

Bundan başqa, Rio-2016"ya yeni növlərdə - oxatma, kanoe-slalom, trek velosipedi və triatlonda lisenziyalar qazanılıb.

Azərbaycan idmançılarının lisenziya qazandığı idman növləri (təmsil olunacaq idmançıların və onların qazandıqları lisenziyaların sayı): Oxatma (1-1), idman gimnastikası (2-2), atletika (3-3), boks (8-8), kanoe-slalom (1-1), kayak-kanoe (2-3), şosse velosipedi (2-2), trek velosipedi (1-2), qılıncoynatma (1-1), cüdo (6-6), bədii gimnastika (1-1), akademik avarçəkmə (2-1), atıcılıq (1-1), üzgüçülük (1-2), taekvondo (4-4), triatlon (1-1), ağırlıqqaldırma (4-4), güləş (14-14).

Olimpiadada Azərbaycanı təmsil edəcək idmançılar:

S/S

Soyadı, adı

İdman növü və fənni

  • 1.

Albert Səlimov

Boks (60 kq)

  • 2.

Elvin Məmişzadə

Boks (52 kq)

  • 3.

Pərviz Bağırov

Boks (69 kq)

  • 4.

Cavid Çələbiyev

Boks (56 kq)

  • 5.

Lorentso Sotomayor

Boks (64 kq)

  • 6.

Abdulkadir Abdullayev

Boks (-91 kq)

  • 7.

Məhəmmədrəsul Məcidov

Boks (+91 kq)

  • 8.

Yana Alekseyevna

Boks (60 kq)

  • 9.

Hanna Skidan

Atletika (çəkic tullama)

  • 10.

Nazim Babayev

Atletika (üç təkanla tullanma)

  • 11.

Hayle İbrahimov

Atletika (5000 m. məsafəyə qaçış)

  • 12.

Aleksandr Aleksandrov/Boris Yotov

Akademik avarçəkmə (2000 m. ikinəfərlik qayıq)

  • 13.

Valentin Demyanenko

Kanoe (200m. birnəfərlik qayıq)

  • 14.

İnna Osipenko-Rodomska

Kayak (200 m. birnəfərlik qayıq)

  • 15.

İnna Osipenko-Rodomska

Kayak (500 m. birnəfərlik qayıq)

  • 16.

Yure Meqliç

Kanoe-slalom (birnəfərlik qayıq)

  • 17.

Elvin Mürsəliyev

Yunan-Roma güləşi (75 kq)

  • 18.

Rövşən Bayramov

Yunan-Roma güləşi (59 kq)

  • 19.

Rəsul Çunayev

Yunan-Roma güləşi (66 kq)

  • 20.

Sabah Şəriəti

Yunan-Roma güləşi (130 kq)

  • 21.

SamanTəhmasibi

Yunan-Roma güləşi (85 kq)

  • 22.

Mariya Stadnik

Qadın güləşi (48 kq)

  • 23.

Anjela Doroqan

Qadın güləşi (53 kq)

  • 24.

Yuliya Ratkeviç

Qadın güləşi (58 kq)

  • 25.

Mircəlal Həsənzadə

Sərbəst güləş (57 kq)

  • 26.

Toğrul Əsgərov

Sərbəst güləş (65 kq)

  • 27.

Məhəmmədhacı Xatiyev

Sərbəst güləş (86 kq)

  • 28.

Xetaq Qazyumov

Sərbəst güləş (97 kq)

  • 29.

Cəmaləddin Məhəmmədov

Sərbəst güləş (125 kq)

  • 30.

Cəbrayıl Həsənov

Sərbəst güləş (74 kq)

  • 31.

Marina Durunda

Bədii gimnastika

  • 32.

Oleq Stepko

İdman gimnastikası

  • 33.

Petro Paxnyuk

İdman gimnastikası

  • 34.

Komanda hesabında 4 nəfər

Ağırlıqqaldırma

  • 35.

Komanda hesabında 4 nəfər

Ağırlıqqaldırma

  • 36.

Komanda hesabında 4 nəfər

Ağırlıqqaldırma

  • 37.

Komanda hesabında 4 nəfər

Ağırlıqqaldırma

  • 38.

Radik İsayev

Taekvondo (+80 kq)

  • 39.

Fəridə Əzizova

Taekvondo (67 kq)

  • 40.

Milad Beigi Harçeqani

Taekvondo (-80 kq)

  • 41.

Patimat Abakarova

Taekvondo (49 kq)

  • 42.

Maksim Averin

Velosiped (şosse)

  • 43.

Olqa İsmayılova

Velosiped (keyrin)

  • 44.

Olqa İsmayılova

Velosiped (sprint)

  • 45.

Yelena Pavluxina

Velosiped (şosse)

  • 46.

Maksim Şemberev

Üzgüçülük (400 metr məsafəyə kompleks üzmə)

  • 47.

Maksim Şemberev

Üzgüçülük (1500 met məsafəyə sərbəst üsulla üzmə)

  • 48.

Sabina Mikina

Qılıncoynatma (sablya)

  • 49.

Rostislav Pevtsov

Triatlon

  • 50.

Olqa Senyuk

Kamandan oxatma

  • 51.

Ruslan Lunyov

Güllə atıcılığı

52 - 57.

cüdo

6 lisenziya (60 kq, 66 kq, 73 kq, 90 kq, 100 kq, +100 kq)

Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları 5 - 21 avqustda keçiriləcək.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR