İki qitənin qarşıdurması – Diqqət ABŞ-a!
Bizi izləyin

İdman

İki qitənin qarşıdurması – Diqqət ABŞ-a!

Biz Avropa çempionatını səbrsizliklə gözlədiyimiz kimi okeanın o tayında da futbolsevərləri əsl futbol bayramı gözləyir. 3-26 iyun aralığında ən yaşlı qitə turniri sayılan növbəti Amerika kuboku (Copa America) keçiriləcək. 100 illik yubileyə təsadüf edən bu dəfəki yarışa ABŞ ev sahibliyi edəcək. Bu dəfə komandaların sayı da artırılıb.

Son turnir Çilidə keçirilmişdi və sonda meydan sahibləri Amerika qitəsinin ən güclüsü olmuşdu. Həmişə olduğu kimi futbolsevərləri əsrarəngiz futbol tamaşası gözləyir. Qitənin ən titullu komandası Uruqvay olsa da, 21-ci əsrdə onlar yalnız bir dəfə - 2011-ci ildə qızıl medallar qazanıb. Argentina 14, Braziliya 8 dəfə qitənin güclüsü olub. Turnirin favoriti də həmişə bu üç milli hesab olunub. Düzdür, ötən il Çili tendensiyanı pozsa da, buna daha çox doğma divarlar amilinin təsir etdiyini söyləyə bilərik. Çilidə fiaskoya uğrayan Braziliya isə bu dəfə uğursuzluğu sığortalamağa çalışacaq. Messli Argentinanı da yaddan çıxarmaq olmaz.

Turnirin formatı müəyyən dövrlərdə dəyişikliyə məruz qalıb. 1993-cü ildən sonra sabitlıik müşahidə olundu. Ancaq builki yarışda komandaların sayı 12-dən 16-ya artırılıb. Turnirin formatı da əvvəlki Avropa çempionatının klassik sxeminə oxşayır. 16 komanda 4 qrupda mübarizə aparacaq. Qrupda ilk iki yeri tutan komanda 1/4 finala yüksələcək.

Turnir iyunun 4-də səhər saatlarında start götürəcək. Bakı vaxtı ilə saat 05:30-da baş tutacaq ilk oyunda meydan sahibi ABŞ Kolumbiya ilə üz-üzə gələcək. Final oyunu isə iyunun 27-də Nyu-Cersidə yerləşən “Metlayf-stedium”da olacaq.

Messili, Kavanili, Suaresli, İquaynlı, Halklı, Vidallı, Aleksis Sançesli Amerika kubokunda bir-birindən maraqlı oyunlar izləmək arzusuyla...

Kopa Amerika – 2016 (Qrup və təqvim)

A qrupu

Paraqvay, Kolumbiya, ABŞ, Kosta-Rika

B qrupu

Ekvador, Peru, Braziliya, Haiti

C qrupu

Venesuela, Uruqvay, Yamayka, Meksika

D qrupu

Argentina, Boliviya, Çili, Panama

1-ci tur

4 iyun

A qrupu

05:30 ABŞ - Kolumbiya

5 iyun

A qrupu

00:00 Kosta-Rika - Paraqvay

B qrupu

02:30 Haiti - Peru

05:00 Braziliya - Ekvador

6 iyun

C qrupu

00:00 Yamayka - Venesuela

03:00 Meksika – Uruqvay

7 iyun

D qrupu

02:00 Panama - Boliviya

05:00 Argentina - Çili

2-ci tur

8 iyun

A qrupu

03:00 ABŞ - Kosta-Rika

05:30 Kolumbiya - Paraqvay

9 iyun

B qrupu

02:30 Braziliya - Haiti

05:00 Ekvador - Peru

10 iyun

C qrupu

02:30 Uruqvay - Venesuela

05:00 Meksika - Yamayka

11 iyun

D qrupu

02:00 Çili - Boliviya

04:30 Argentina - Panama

3-cü tur

12 iyun

A qrupu

02:00 ABŞ - Paraqvay

04:00 Kolumbiya - Kosta-Rika

13 iyun

B qrupu

01:30 Ekvador - Haiti

03:30 Braziliya - Peru

14 iyun

C qrupu

03:00 Meksika - Venesuela

05:00 Uruqvay - Yamayka

15 iyun

D qrupu

03:00 Çili - Panama

05:00 Argentina - Boliviya

1/4 final

17 iyun

04:30

18 iyun

03:00

19 iyun

02:00

05:00

1/2 final

22 iyun

04:00

23 iyun

03:00

3-cü yer

26 iyun

03:00

Final

27 iyun

03:00

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm