“Türk Hava Yolları”ndan Milli Komandaya JEST – FOTOLAR/VİDEO
Bizi izləyin

İdman

“Türk Hava Yolları”ndan Milli Komandaya JEST – FOTOLAR/VİDEO

“Türk Hava Yolları” şirkəti (THY) iyunun 10-da Fransada başlayacaq futbol üzrə Avropa çempionatı ərəfəsində Türkiyə Milli Komandası üçün jest addım atıb.

Publika.az xəbər verir ki, şirkət Türkiyə Milli Komandasının futbolçuları üçün “Boeing 737” model xüsusi təyyarə ayırıb.

Təyyarənin içərisində futbolçular üçün bütün şərait yaradılıb.

Həmçinin, təyyarənin üzərində Türkiyə Milli Komandasının baş məşqçisi Fatih Terim və oyunçu heyətinin fotoları əks olunub.

Qeyd edək ki, THY futbol üzrə Türkiyə Milli Komandasının baş sponsorudur.

Vasif Həsənli


Oxumağa davam et
Reklam
Reklam

Gündəm