
"Arsenal" və "Milan" "Rubin”in "iranlı Messi"si Sərdar Azmounu heyətində görmək istəyir. Publika.az xəbər verir ki, 19 yaşlı hücumçu bu barədə rus mətbuatına açıqlama verib.
Azmoun İngiltərədə oynamaq istədiyini vurğulayıb: "Arsenal" və "Milan" mənə konkret təkliflər göndəriblər. Hər iki klubun təmsilçiləri aprelin 10-u "Rubin" rəhbərliyi ilə görüşəcək. Belə klubların sizinlə maraqlanması qürurvericidir. Premyer Liqada oynamaq bir xəyaldır".
Qeyd edək ki, İranın "Sepahan" klubunun aşağı yaş qruplarında yetişən Sərdar "Rubin" formasıyla çıxdığı 9 oyunda 2 qol vurub. "Rubin" bu futbolçu üçün cəmi 3 milyon avro tələb edir.