İdman
“Növbəti Avropa Oyunlarını Rusiya keçirməlidir”
"2019-cu il II Avropa Oyunlarını başqa ölkə yox, yalnız Rusiya keçirməlidir".
Publika.az xəbər verir ki, bunu TASS-a açıqlamasında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.
"Rusiya Oyunları keçirməkdən imtina edirsə, bu, mənim kompetensiyamda deyil. Amma Avropa Oyunları yaxşı yarış və idmançılar üçün nəhəng mübarizə təcrübəsidir. Axı onların Olimpiya Kəndində qalmaları vacibdir", - nazir vurğulayıb.
A.Rəhimov əmindir ki, Avropa Oyunlarında iştirak edənlər olimpiadada yaxşı nəticələr göstərəcəklər:
"Yəni, belə ab-havada iştirak və həyat təcrübəsi öz sözünü deyəcək. Avropa Oyunları lazımlıdır, bu yarışın çox yaxşı gələcəyi olmalıdır. Fikrimcə, bu baxımdan, Rusiya idmançılara kömək edəcək, Kazan isə onları dəstəkləyəcək".
Qeyd edək ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçirilib. Rusiya yığması 164 medalla (79 qızıl, 40 gümüş, 45 bürünc) ümumi komanda hesabında birinci olub. Daha öncə Rusiyanın idman naziri Vitali Mutko 2019-cu ildə II Avropa Oyunlarını keçirməyəcəklərini açıqlayıb.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!