Daha bir əfsanəni itirdik - Məhəmməd Əlidən sonra "Qorxunc adam"... - FOTOLAR
Bizi izləyin

İdman

Daha bir əfsanəni itirdik - Məhəmməd Əlidən sonra "Qorxunc adam"... - FOTOLAR

Əsl adı Kevin Ferqyuson olan MMA döyüşçüsü Kimbo Slays həyatla əbədi vidalaşıb.

Publika.az xəbər verir ki, 42 yaşlı idmançı Koral Sprinqsdə yerləşən klinikalardan birində dünyasını dəyişib. Onun ölümünün hansı səbəbdən baş verdiyi haqda rəsmi açıqlama olmasa da, yaxınlarının dediyinə görə ürəyindən şikayət edirmiş.

Kimbo Slays MMA tarixində ən xarizmatik və populyar döyüşçülərdən biri olub. Dostları onun rinqdən kənarda yaxşı yoldaş və ailəcanlı biri olduğunu bildirib.

Slays MMA üzrə peşəkar rinqdə 2007-ci ildə debüt edib və ilk döyüşündə rəqibini 19 saniyəyə nokauta salıb.

2011-ci ildə amerikalı idmançı özünü boksda sınamağa başlayıb. Superağır çəkidə rinqə çıxan Slays 6-sı nokaut olmaqla keçirdiyi 7 görüşün hamısında qələbə qazanıb. O, idman dünyasında "Qorxunc adam" ləqəbi ilə tanınırdı.

Xatırladaq ki, bir neçə gün öncə boks əfsanəsi Məhəmməd Əli dünyasını dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm