• USD 1,7000 0,00% EUR 2,0122 -0,28%
    • GBP 2,3617 -0,22% RUB 0,0233 0,00%

Fransa biabır oldu - Tətilçilər Avropa çempionatının kubokunu...

  • İdman
  • 8 İyun 2016 16:00
  • 866 Baxış
Fransa biabır oldu - Tətilçilər Avropa çempionatının kubokunu...

Futbol üzrə Avropa çempionatının kuboku Fransadakı iki aylıq turnedən sonra Parisə gətirilib.

Publika.az "TASS"-a istinadən xəbər verir ki, bu gün səhər kuboku daşıyan qatar paytaxtın Şimal vağzalına gəlib. Fransada Avropa çempionatının kubokunun olduğu qatar saxlanılıb. Dəmiryolçuların tətilinin iştirakçıları Avropa çempionatının əsas qənimətinin-kubokun olduğu qatarı saxlayıblar.

Avropa çempionatı kubokunun Fransa şəhərləri üzrə gəzdirilməsini təşkil edən tur təşkilatçılarının nümayəndəsi xəbəri təsdiq edərək, hazırda kubokun tətilçilərin nəzarətində olduğunu bildirib.

Öz növbəsində etirazçıların aksiyaları barədə məlumatların yığıldığı fransız internet resursu Paris-lutte.info bildirib ki, nümayişçilər Bakı vaxtı ilə 12.15-dən qatarın qarşısını kəsiblər.

Avropa çempionatının kuboku Parisə çərşənbə günü iki aylıq Fransa turnesindən sonra gəlib çatıb. Aprelin 1-dən bu yana o, Fransanın 25 şəhərində gəzdirilib. Kubok qatarda futbol muzeyi kimi təchiz edilən vaqonda saxlanılır.

Avropa çempionatı iyunun 10-da Fransa-Rumıniya matçı ilə başlayacaq.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR