Terror təhlükəsini xəbər verən xüsusi proqram - SAİP
Bizi izləyin

İdman

Terror təhlükəsini xəbər verən xüsusi proqram - SAİP

Fransa höküməti ölkədə keçiriləcək Avropa çempionatı ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirir.

Publika.az xəbər verir ki, fransızlar daha bir ciddi uğura imza atıblar. Belə ki, artıq stadionda, onun ətrafında və sıxlıq ərazidə olan azarkeşlər terror təhlükəsindən öncədən xəbərdar olacaq.

Fransanın Daxili İşlər Nazirliyi terrorla bağlı xəbərdarlıq edən xüsusi proqram hazırlayıb. Bu proqramı pulsuz şəkildə telefonuna yükləyəcək azarkeşlərə təhlükə anında xəbərdarlıq mesajı gələcək.

Qeyd edək ki, SAİP adlı proqram iki dildə - ingilis və fransızca hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm