Qarabağın adını daşıyan 2-ci futbol klubu - AZƏRBAYCANDA
Bizi izləyin

İdman

Qarabağın adını daşıyan 2-ci futbol klubu - AZƏRBAYCANDA

İyunun 10-da Bakıda “Şuşa-Qarabağ” Peşəkar Futbol Klubunun yenidən bərpa olunması ilə əlaqədar tədbir keçiriləcək.

Publika.az-ın əldə etdiyi məlumata görə, tədbirdə klubun üzvləri ilə yanaşı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) nümayəndələri və digər idman ictimaiyyətinin iştirakı gözlənilir.

Xatırladaq ki, “Şuşa-Qarabağ” futbol klubu ötən illər ərzində Şuşa camaatı və Şuşanı sevən bir qrup şəxslər tərəfindən yaradılıb. Ancaq maliyyə problemləri ilə qarşılaşan klub fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

Bu il mayın 23-də keçirilən iclasda isə klubun yeni rəhbər heyəti və baş məşqçisi təyin olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm