Azərbaycanda istirahət etdi, Mançesterdə mənzil aldı
Bizi izləyin

İdman

Azərbaycanda istirahət etdi, Mançesterdə mənzil aldı

İsveç milli komandasının futbolçusu Zlatan İbrahimoviç İngiltərənin Mançester şəhərində mənzil alıb.

Publika.az xəbər verir ki, bu barədə "Proto Group Ltd." daşınmaz agentliyinin açıqlamasında bildirilir. 34 yaşlı hücumçunun Fransa PSJ-si ilə müqaviləsi iyunun 30-da başa çatır. Onun "Mançester Yunayted"ə keçəcəyi bildirilir. Futbolçunun özü gələcək karyerası ilə bağlı açıqlamanı iyunun 7-də verəcəyini deyib. Lakin üstündən üç gün keçməsinə baxmayaraq, heç bir açıqlama gəlməyib.

Qeyd edək ki, Zlatan İbrahimoviç 2015/16 mövsümündə PSJ-nin heyətində Fransa çempionatında 38 qolla bombardir olub. Ötən il bu vaxtlar xüsusi dəvətlə ölkəmizdə qonaq olan məşhur futbolçu Zlatan İbrahimoviç Azərbaycanın gözəl guşələrini gəzmiş, yaxşı istirahət etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm