Baş məşqçi futbolçunun alqışlanması üçün bunu etdi – FOTOLAR
Bizi izləyin

İdman

Baş məşqçi futbolçunun alqışlanması üçün bunu etdi – FOTOLAR

Ötən gün Fransada açılışı olan futbol üzrə Avropa Çempionatının ilk oyununda maraqlı hadisə yaşanıb.

Publika.az xəbər verir ki, Fransa-Rumınıya matçında fransalı futbolçu Dmitri Payetin 89-cu dəqiqədə qol vuraraq komandasını 2:1 hesabı ilə irəli çıxartması stadionda olan azarkeşlərin alqışlarına səbəb olub.

Fransa milli komandasının təcrübəli baş məşqçisi Didier Desçamps isə komandasına qalibiyyət gətirən bu qolun müəllifinə azarkeşlər qarşısında jest edib.

Baş məşqçi Didier Desçamps Dmitri Payetin stadionda alqışlanması üçün oyunun əsas vaxtı bitən kimi futbolçunu digər oyunçu Sissoko ilə əvəz edib.

Matçın 90-cu dəqiqəsində əvəzlənən Dmitri Payet isə 75 min azarkeşin toplandığı stadionda alqışlarla qarşılanıb. Stadionu tərk edən zaman azarkeşlər tərəfindən alqışlan D.Payet göz yaşlarına hakim ola bilməyib.

O, oyunun əsas qəhrəmanına çevrilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm