Sərbəst güləşçilərin Dünya Kuboku başladı
Bizi izləyin

İdman

Sərbəst güləşçilərin Dünya Kuboku başladı

ABŞ-ın Los Anceles şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışları start götürüb.

Publika.az xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, İran, Türkiyə, Gürcüstan, Monqolustan və Hindistan güləşçiləri iştirak edir.

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, ABŞ və Hindistan komandaları ilə B qrupunda mübarizə aparır. A qrupunda isə, Rusiya, Türkiyə, Gürcüstan və Monqolustan komandaları qüvvələrini sınayır.

Xatırladaq ki, ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz üçüncü sırada tamamlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm