Türkiyənin məşhur klubu 34 futbolçuya qapını göstərəcək - ŞOK QƏRAR
Bizi izləyin

İdman

Türkiyənin məşhur klubu 34 futbolçuya qapını göstərəcək - ŞOK QƏRAR

Türkiyənin “Trabzonspor” futbol klubu mövsümlərarası dövrdə heyətdə radikal islahatlar aparmağı planlaşdırır.

Publika.az xəbər verir ki, Qara dəniz klubunun rəhbərliyi təxminən futbolçuların 60 faizini göndərmək niyyətindədir.

Belə ki, "Trabzonspor"un heyətində hazırda 57 futbolçu var. Klub rəhbərliyi onlardan 34-ü ilə yollarını ayıraraq, 23 nəfəri saxlamaq istəyir.

Qeyd edək ki, UEFA "Trabzonspor"a xəbərdarlıq edib. "Maliyyə Fair-Play" qaydalarını pozan klub 2016/17 mövsümündə təxminən 60 milyon lirəlik (30 milyon manat) kəsiri bağlamalıdır. Bu səbəbdən də rəhbərlik heyətdə radikal islahatlar planlaşdırır. Rəhbərlik əsasən əcnəbi futbolçuları sataraq həm heyəti qısaltmaq, həm də büdcəni doldurmaq istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm