Avropa çempionatının rəsmi saytı və videoçarxı təqdim edilib
Bizi izləyin

İdman

Avropa çempionatının rəsmi saytı və videoçarxı təqdim edilib

Bu gün Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının rəsmi saytı (http: //baku2014.agf.az/application/) və yerli televiziya kanallarında nümayiş olunacaq təbliğat videoçarxı təqdim edilib.

Tqdimat mərasimində Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Texniki komitəsinin rəhbəri Hayde Bruneder, AGF-nin baş katibi, Avropa Gimnastika İttifaqının vitse-prezidenti Fərid Qayıbov, bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva, Avropa çempionatının marketinq üzrə direktoru Səbri Gülmalıyev və beynəlxalq dərəcəli arbitr, Avropa çempionatının direktoru Natalya Bulanova iştirak ediblər.

S.Gülmalıyev deyib ki, aprelin 20-dən etibarən çempionata biletlər satışa buraxılacaq və eyni zamanda onlayn formada da bilet almaq mümkün olacaq.

Onun sözlərinə görə, çempionatın saytı üç dildə - Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir.

Qeyd edək ki, Bakıda iyunun 13-15-də bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcək. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm