“Yuventus”un ilk transfer bombası - 38 milyon avro...
Bizi izləyin

İdman

“Yuventus”un ilk transfer bombası - 38 milyon avro...

İtaliya çempionu “Yuventus” mövsümlərarası fasilədə ilk transferi həyata keçirib.

Publika.az xəbər verir ki, “Roma”nın yarımmüdafiəçisi Miralem Pyaniç karyerasını “Qoca sinyora”nın heyətində davam etdirəcək.

Turin təmsilçisi uzun müddət danışıq apardığı Bosniya və Herseqovina millisinin üzvünün keçidini həll etməyə müvəffəq olub. Bu gün Turinə gedən 26 yaşlı oyunçu yeni komandasında tibbi müayinədən keçib. Pyaniçin keçidinin gün ərzində rəsmən açıqlanması gözlənilir. Bu transfer İtaliya çempionuna 38 milyon avroya başa gəlib.

Qeyd edək ki, Miralem Pyaniç “Roma”ya 2011-ci ildə “Lion”dan keçmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm