SON DƏQİQƏ: Ruslar Fransadan deportasiya edilir
Bizi izləyin

İdman

SON DƏQİQƏ: Ruslar Fransadan deportasiya edilir

Avropa çempionatında yaşanan azarkeş qarşıdurmaları haqda təhlükəsizlik tədbirləri səngimək bilmir. Dünən Fransa polisinin rusiyalı azarkeşlərin qaldığı otellərdən birinə silahlı basqın etdiyini xəbər vermişdik.

Publika.az xəbər verir ki, rusiyalı azarkeşlər növbəti dəfə yerli xüsusi təyinatlıların nəzarətinə düşüb.

Ümumrusiya Azarkeşlər Birliyinin (ÜAB) rəhbəri Aleksandr Şprıqinin “RİA-novosti”yə verdiyi açıqlamaya görə, bu gün səhər saatlarında avtobusda olan 50 azarkeş xüsusi nəzarətə götürülüb:

“Avtobus Kandan 5 dəqiqə idi çıxmışdı. Sabakı Rusiya – Slovakiya oyunu üçün Lillə gedirdik. Bir də gördük ki, 100-ə yaxın əli silahlı xüsusi təyinatlılar avtobusu mühasirəyə aldı. Bizi avtobusdan düşürdərək deportasiya olunduğumuzu bildirdilər. Səbəb göstərmədilər. Avtobusda 50 nəfər var idi. Heç birimiz Marseldə baş verən insidentdə iştirak etməmişik”.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm