“Avro-2016”: Rumıniya-İsveçrə 1:1
Bizi izləyin

İdman

“Avro-2016”: Rumıniya-İsveçrə 1:1

Futbol üzrə Avropa çempionatının A qrupunda Rumıniya və İsveçrə komandaları qarşılaşıb.

Oyunun birinci hissəsi rumın yığmasının qələbəsi ilə başa çatıb. İlk hissədə yeganə qolu 18 dəqiqədə Boqdan Stanku penalti ilə vurub.

İkinci hissədə hesab bərabərləşib. Admir Mehmedi 57-ci dəqiqədə İsveçrənin bərabərlik qolunu vurub və oyun bu hesabla da başa çatıb.

Beləliklə, hər iki tərəf oyundan bir xalla ayrılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm