Bakı trekində kuryoz hadisə: Pilot “azdı”
Bizi izləyin

İdman

Bakı trekində kuryoz hadisə: Pilot “azdı”

Formula 1 üzrə Avropa Qran Prisinin sərbəst yürüşündə maraqlı hadisə baş verib.

Publika.az xəbər verir ki, "Haas" komandasının pilotu Esteban Qutyerres yolu səhv salıb. 16-cı döngədə sola dönməli olan pilot düz istiqamətdə hərəkət edib yolun bağlı olduğunu görüb. Daha sonra pilot bolidini doğru istiqamətə sürərək mübarizəyə davam edib.

Analoji hadisə ilə eyni döngədə "Red Bull" komandasının pilotu Daniil Kvyat da üzləşib.

Qeyd edək ki, hazırda ən yaxşı göstərici "Mercedes"in pilotu Lyuis Hamiltona məxsusdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm