Dünya Təsnifat Turu: Boksçumuzun rəqibi müəyyənləşdi
Bizi izləyin

İdman

Dünya Təsnifat Turu: Boksçumuzun rəqibi müəyyənləşdi

Bakıda keçirilən 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə Dünya Təsnifat Turnirində Azərbaycan boksçularından birinin ilk rəqibi müəyyənləşib.

Publika.az xəbər verir ki, 75 kq çəki dərəcəsində yer alan Kamran Şahsuvarlı 1/16 finalda albaniyalı Aryon Kayoşi ilə üz-üzə gələcək.

Kayoşi ilkin mərhələdə moldovalı Valeri Sirbunu yenib. Növbəti mərhələ qarşılaşması iyunun 20-də olacaq.

81 kq çəkidə mübarizə aparan Teymur Məmmədovun da 1/16 finaldakı rəqibi bu gün axşam müəyyənləşəcək. Həmin görüşdə rinqə tacikistanlı Mexrubon Sanginov və çinli Şi Quojun çıxacaq. 1/16 final mərhələsinin döyüşü iyunun 19-da olacaq.

49 kq-da çıxış edən Rüfət Hüseynovun rəqibi isə sabahkı döyüşdə müəyyənləşəcək. Dominikan Respublikasından olan Santilyan Perez Viktor Daniel Çin Taybeyi idmançısı Tu Po-Veylə qarşılaşacaq və qalib 1/8 finalda azərbaycanlı boksçuya qarşı mübarizə aparacaq. Bu döyüş iyunun 20-də baş tutacaq.

Qeyd edək ki, Dünya Təsnifat Turniri 16 - 25 iyunda "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək. 52 kq, 56 kq, 60 kq, 64 kq, 69 kq, 75 kq və 81 kq çəkilərdə olimpiadaya lisenziyanı ilk 5 yeri tutan idmançılar əldə edəcək. Başqa sözlə, yarımfinaladək irəliləyənlərlə yanaşı, öz çəkisinin qalibinə 1/4 finalda uduzan boksçu vəsiqə sahibi olacaq. 49 kq-da finalçılar, 91 kq və +91 kq çəkilərdə isə yalnız birinci pillənin sahibləri Rio-de-Janeyroya yollana biləcəklər. Azərbaycan boksçuları turnirə indiyədək lisenziya qazana bilmədikləri 49 kq, 75 kq və 81 kq çəkilərdə qatılacaq. Bunlar müvafiq olaraq, Rüfət Hüseynov, Kamran Şahsuvarlı və Teymur Məmmədovdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm