"Avro-2016": Türkiyə millisi darmadağın oldu - FOTO/VİDEO (YENİLƏNİB)
Bizi izləyin

İdman

"Avro-2016": Türkiyə millisi darmadağın oldu - FOTO/VİDEO (YENİLƏNİB)

"Avro-2016"da qrup mərhələsinin II turunun oyunları davam edir. Günün ilk qarşılaşması E qrupunda keçirilib.

İtaliya İsveçlə münasibətlərinə aydınlıq gətirib. İlk görüşündə Belçikaya qalib gələn italiyanlar bu görüşdə də qələbə qazanacağı təqdirdə 1/8 finala vəsiqəni təmin edəcəkdi. Matçın 88-ci dəqiqəsində Ederin vurduğu qolla 1:0 hesabı ilə qələbə qazanan İtaliya son turun nəticəsindən asılı olmayaraq 1/8 finala adlayıb. Daha öncə turnirin ev sahibi olan Fransa millisi də qrup mərhələsində keçirdiyi iki görüşü də qələbə ilə başa vuraraq 1/8 finala yüksəlib.

Qeyd edək ki, bu qrupun digər oyunu Belçika - İrlandiya matçı sabah keçiriləcək.

D qrupunun ilk görüşündə isə Çexiya və Xorvatiya yığmaları üz-üzə gəlib.

İlk görüşündə Türkiyə ilə matçdan qalib ayrılan xorvatlar çexləri də məğlub edərək 1/8 finala adını yazdırmağa çalışacaqdı. Ante Çaçiçin komandası 2:0 hesabı ilə öndə olsa da, matçın sonlarında qələbəni əldən veriblər - 2:2.

Qrupun digər oyununda Türkiyə millisi son Avropa çempionu İspaniya ilə görüşüb. Turnirə uğursuz başlayan Fatih Terimin komandası bu görüşdən də məğlub ayrılıb. Bununla belə Türkiyənin qrupdan çıxmaq şansı nəzəri olaraq qalır. İspaniya isə bu qələbə ilə xalını 6-ya yüksəldərək sonuncu turun matçından asılı olmayaraq 1/8 finala adını yazdırmağı bacardı.

17 iyun

D qrupu

23:00. İspaniya – Türkiyə - 3:0
Qol:
Alvaro Morata, 34 (1:0), Nolito, 37 (2:0), Morata, 48 (3:0)
Baş hakim: Milorad Maziç
Yan xətt hakimləri: Milovan Ristiç, Dalibor Corcyeviç
Əlavə köməkçi hakimlər: Danilo Qrujiç, Nenad Cokiç (hamısı Serbiya)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
Nitsa. Şəhər stadionu

20:00. Çexiya - Xorvatiya - 2:2
Qollar:
İvan Perişiç, 37 (0:1), İvvan Rakitiç, 59 (0:2), Milan Şkoda, 76 (1:2), Tomaş Neçid, 90+3-pen (2:2)
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimlər: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi hakimlər: Antoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Tasos Sidiropoulos (Yunanıstan)
Sent-Etyen. "Joffrua Qişar" stadionu.

17 iyun

E qrupu

17:00. İtaliya - İsveç - 1:0
Qol:
Eder, 88 (1:0)
Baş hakim: Viktor Kaşşai
Yan xətt hakimlər: Györgi Rinq, Vensel Tot
Əlavə köməkçi hakimlər: Tamaş Boqnar, Adam Farkaş (hamısı Macarıstan)
Dördüncü hakim: Klemen Turpin (Fransa)

Tuluza. Tuluza şəhər stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm